Çayın bilinməyən 9 FAYDASI

Bəziləri tünd çayın insan orqanizminə ziyan olmasını israrla qeyd скачанные файлыedirlər. Amma sakitləşdirici funksiya daşıyanan çayın özünü içəndən sonra stəkan və çaydanda qalan çay qalıqları, yaxud “ştuçnı” dediyimiz çay paketləri belə, orqanizm üçün faydalıdır.

  1. Diş ətinə müsbət təsir edir. Diş ağrıları qədər həssas olan diş əti xəstəliklərinin müalicəvi məhlullarından biri də tünd çaydır. Tünd çayla ağzı yaxalamaq (qarqara etmək) diş ətinə müsbət təsir edir. Diş əti zədələndikdə isə çay qalıqlarını onun üzərinə qoymaq lazımdır.
  2. Bağırsaq sistemini nizamlayır. Ən azı beş dəqiqə qaynadılan yaşıl və qara çayı normasında qəbul etdikdən sonra bağırsaqda yüngülləşmənin yaranmasını müşahidə etmək olar.
  3. Göz qızartısı və göz iltihabını aradan qaldırır. Burada da çayı içəndən sonrakı artıq qalan tullantısı bu iki göz probleminin aradan qalxmasına kömək edir. Bunun üçün beş dəqiqə ilıq suda saxlanılan çay tullantılarını gözün üstünə oyub 10 dəqiqə saxlamaq lazımdır.
  4. Dəridəki uçuqları yaxşılaşdırır. Belə ki, dəridə əmələ gələn uçuqlar göynərti yaradan zaman onu içilmiş çay qalığı ilə sakitləşdirmək olar. Bunun üçün də 5 dəqiqə ilıq suda saxlanılan çay tullantısının suyunu sıxdıqdan sonra 10 dəqiqə göynərti hiss olunan yerə qoymaq lazımdır.
  5. Allergiyanın qarşısını alır. Gündə bir neçə stəkan tünd qara çay içən insanlar özləri də bilmədən özlərini bədəndə yarana biləcək allergiyadan xilas edirlər. Tünd qara çayda qoruyucu tərkibə sahib flavonoidlərin çoxluğu yarana biləcək allergiyanı məhv edir.
  6. İshalı asanlaşdırır. Xüsusən də qara çay bağırsaq yollarındakı problemlərin bir nömrəli düşmənlərindəndir. Belə ki, çoxlu çay içən adamlar həm də bağırsaqlarını çaydakı tanin maddəsi ilə yumaqla məşğuldurlar. Məhz bu səbəbdən islah və bağırsaq yolundakı problemlərə də çay dərman ola bilir.
  7. Çibanları yaxşılaşdırır. Yenə yuxarıda adını çəkdiyimiz tanin maddəsi antibiotik xarakterli olduğu üçün çay tullantısını hər gün 3-4 dəfə 10-15 dəqiqə çibanın üzərinə qoymaqla onu həm mikroblardan xilas etmək, həm də get-gedə aradan götürmək mümkündür. Bu zaman çibanı soyudulmuş, yaxud ilıq tünd çayla yumaq da olar.
  8. Kəsik və sıyrıqlara xeyirlidir. Qara çaydakı tanin maddəsi kəsiklərdəki ağrı və şişmənin qarşısını ala bilir. Belə ki, çay tullantısını 10 dəqiqə kəsiyin üzərinə qoyduqdan sonra ağrının azalmasını hiss etmək olar.

9. Pis ayaq qoxularını yox edir. Yarım litr suya iki çay paketini atandan sonra 15 dəqiqə oda qoymaq lazımdır. Sonra həmin suda ayaqları yuyub qurulamaq gərəkdir. Nəticəni özünüz də görə bilərsiniz. (modern.az)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma