Sağlam qidalanmanın qızıl qaydaları

  1. Qəbul etdiyiniz qidalar çoxçeşidli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi azaldır, iştahını öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir. Son nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamları dadmağa vərdiş etməlidir. Tanrının bizə bəxş etdiyi çoxçeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir.Featured image

Qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. Ona görə də, bu bolluqdan orqanizmin xeyrinə daha çox istifadə etmək lazımdır. Təkrara yol verməmək üçün həftə ərzində hansı tərəvəzlərdən və meyvələrdən istifadə edəcəyinizi əvvəlcədən planlaşdırsanız yaxşı olar.

Hər bir insanın gündəlik qida rasionunda meyvə və tərəvəzdən istifadə etmək vərdişi olmalıdır. Lakin hər meyvə və tərəvəz öz mövsümündə yeyilməlidir. Təbii üsulla yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. Süni şəraitdə yetişdirilən və konservləşdirilmiş qidalar vitamin və minerallar baxımından çox kasad olur, orqanizm üçün təhlükə mənbəyinə çevrilir.

  1. Qəbul edəcəyiniz qidanın kalori miqdarına ciddi fikir verilməlidir. Orqanizm özünə nə qədər kalori götürəcəyini yaxşı bilir. Lazım olduğundan çox qida istehlak etdikdə artıqlar piy şəklində bədəndə toplanır. Həmin ehtiyat həddindən çox olduqda orqanizmdə piylənmə prosesi gedir. Bu da gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına yol açır.

Ümumiyyətlə, hər kəs öz iş rejiminə görə qida qəbul etməlidir. Bütün günü aktiv həyat tərzi sürənlər və daha çox hərəkətdə olanlar, təbii ki, daha çox kalori itirirlər. Oturaq həyat tərzi keçirənlər və həmişə formada olmaq istəyənlər isə hər bir qidanın enerji dəyərini bilməli, planlı şəkildə bəslənməlidirlər.

  1. Gün boyunca qida qəbulu hissələrə bölünməlidir. Aclıq hissini daha yaxşı idarə etmək və çox yeməmək üçün gündə qidalanma ən az 3-6 paya bölünməli, hər payda az-az yeyilməlidir. Yay fəslində günün uzun olması bu payları artıra bilər.

Yediyiniz hər bir loxma yaxşıca çeynənməlidir. Sağlam həyat tərzi sürmənin üsullarından biri də budur. Çeynəmək vərdiş halını almalıdır. Tələsə-tələsə yemək həzm sisteminin işinə mənfi təsir göstərir. Unutmayın, doyma refleksi mədədə deyil, beyindədir. Pay sayını artırdığınız üçün mədə müəyyən fasilələrlə işləyəcək və doyma refleksi erkən yarandığından yediyiniz qida kökəlməyə səbəb olmayacaqdır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma