dis

Dişləri ağardan 6 FORMUL

Araşdırmalara görə, insanların yüzdə 18-i fotolarda dişlərini gizlətməyə çalışarlar. Sizin də sarı və rəngsiz dişləriniz var? Bu, dişlərini nə qədər fırçalasa da, üzərindəki ləkələrdən xilas ola bilməyən çay, qəhvə çox içən və siqaret çəkənlər üçün üzücü bir həqiqətdir. Kim bəmbəyaz dişlərlə gözəl bir gülüşə sahib olmaq istəməz ki?

Dişləri ağardan 6 formul təqdim edirik.

Limon və portağal qabığı

Limon və portağal qabığını dişlərinizə yavaşca sürtün, daha sonra dişlərinizi mütləq durulayın. Pis qoxunu da ortadan qaldırır.

Çiyələk

Ketrin Zeta Cons dişlərini çiyələklə ağardır. 4, ya 5 ədəd çiyələyi əzin. Qarışımı dişlərinizin üzərinə ovaraq sürtün. Bir az qaldıqdan sonra durulayın. Dərhal təsir edir.

Hind qozu yağı

5-20 dəqiqə boyunca dişlərinizə hind qozu yağı sürtün və bir az gözləyin. Sonra diş pastası ilə dişlərinizi təmizləyin.

Alma sirkəsi

Bu mentol qəhvə və nikotinin dişlər üzərində yaratdığı çətin gedən ləkələr üçün təsirlidir. Gündə bir dəfədən çox istifadə etməyin. Dişlərinizi az miqdarda alma sirkəsi ilə fırçaladıqdan sonra bir diş pastası ilə təkrar fırçalayın, ya da ağzınızı yaxalayın.

Bir şey yeyib içdikdən sonra dişlərinizi fırçalayın

Çox qida dişlərdə ləkə yaratmasa da, hər yeyib içəndən sonra dişlərinizi fırçalamağı vərdiş halına gətirməlisiz. Diş fırçalamaq imkanınız yoxdursa, nanəli saqqız çeynəyin. Əgər fırçalamasanız, 3 aydan bir diş təmizləməsinə gedin.

Qabartma tozu və hidrogen peroksid

Qabartma tozu və hidrogen peroksidi az miqdarda qarışdırın. Qarışımla dişlərinizi fırçalayın. Hidrgen peroksid ağız və diş əti təmizləyicisidir. Qabartma tozu isə dişlərdəki ləkələri yox edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma