Süd verən anaların qidalanması

Süd verən anaların qidalanması

Ana südündəki maddələrin əhəmiyyətli bir qismi ananın yedikləri ilə təmin edilir. Bu dövrdə qidalarla alınan kalorinin hamısı süd üçün xərclənməməlidir. Əmizdirmə dövründə tətbiq olunan qidalanma planı həm ananın, həm də böyüyən körpənin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Dərhal qeyd edək ki, ana südünün miqdarına və keyfiyyətinə təsir edən üç əhəmiyyətli amil var: ananın istifadə etdiyi yeməklərin kafi, balanslı və müxtəlif olması, hamiləlik dövründə qazanılan ehtiyat qidaların miqdarı və ananın psixoloji vəziyyəti.

Əmizdirmə dövründə qidalarla alınan kalorinin bir qismi süd üçün, bir qismi də bədənin digər ehtiyacları üçün istifadə edilir. Süd verən analarda qida ilə alınan enerjinin 80%-i süd istehsalı üçün istifadə edilir. Sağlam ananın gündə orta hesabla 800 ml qədər süd ifraz etdiyi diqqətə alınarsa, əmizdirmə dövründə anaların gündəlik enerji istehlakına 750 kalori əlavə etmək lazımdır. Bu miqdarın 500 kalorisini ananın gün boyu yediklərindən, 250 kalorisi isə hamiləlik dövründə qazanılan ehtiyatlardan təmin ediləcək. Qısası, əmizdirən ananın gündəlik kalori ehtiyacına 500 kalori əlavə etmək lazımdır.

Bunlar çox əhəmiyyətlidir!

Əmizdirən anaların diqqət etməli olduğu ən vacib məqamlar:– Südü artırmaq üçün enerji miqdarı yüksək olan (şirniyyat, şokolad, keks, tort, şərbətlər və s.) qidalardan istifadə etməyinizə ehtiyac yoxdur. Şəkərli qidalar südü artırmaz. Şəkərə olan ehtiyacınızı mümkün olduğu qədər südlü şirniyyatlardan almalısınız.


– Gündə 3-4 boşqab kalsiumla zəngin qidalardan (süd, qatıq və pendir) istifadə edilməlidir.

– Meyvə-tərəvəzlərin mütləq hər yeməkdə istifadə edilməsinə diqqət göstərilməlidir.


– Kolbasa, sosiska kimi məhsulların tərkibində qatqı maddəsi olduğundan, onlardan istifadə etmək məsləhət görülmür.


– D vitamini yalnız günəşin birbaşa dəriyə əks olunması ilə əmələ gəlir. Bu vitamin qidalarda olmadığı üçün süd verən ana günəşdən mütləq faydalanmalıdır.


– Yeməklərdə yodlu duzdan istifadə edilməlidir.


– Quru meyvələrin istifadəsi əlavə kalsium və dəmirə olan ehtiyacınızı təmin edər (1 boşqab meyvə = 4 ədəd quru ərik).


– Qanazlığının qarşısını almaq üçün çayın yeməklərdən yarım saat əvvəl və sonra içilməsinə diqqət göstərilməlidir. Çökə, nanə, çobanyastığı kimi bitki çaylarını seçə bilərsiniz.


– Bu dövrdə maddələr mübadiləsində artım vardır. Süd miqdarının dəyişməməsi üçün ana maye qəbulunu artırmalıdır. Gündəlik alınan maye miqdarının təxminən 3 litr olmasına diqqət göstərilməlidir. Bu miqdar praktik ölçülərlə 12 su stəkanı su, süd, ayran, doşab, kompot, təzə sıxılmış meyvə suları və bitki çayları şəklində istifadə edilməlidir. Çay və qəhvə kimi içkilərin süd ifrazını azaltdığını bilməlisiniz.

– Həkimlə məsləhətləşmədən dərman və ya əlavə hər hansı bir vitamindən istifadə edilməməlidir. Daha dəqiq qidalanma məlumatı üçün təcrübəli pəhriz mütəxəssislərindən, həkimlərdən, tibb bacılarından faydalanmalısınız. Hamiləlik dövrünüzdə əmizdirmə və bəslənmə, əmizdirmə və məşqlər, əmizdirmə və psixoloji təsirlər mövzularında məlumatlanmaqda fayda var.
Bunları etməyin!


– 1-2 fincan qəhvə içə bilərsiniz. Çox miqdarda olarsa, südünüzlə körpənizi həddən çox kofeinlə yükləyərsiniz.


– Spirtli içkilər içməməlisiniz. İçdiyiniz spirt birbaşa ana südünə və körpənizə keçir. Əmizdirən bir ananın spirt istifadə etməməsi lazım olduğunu unutmayın!


– İstifadə etdiyiniz hər dərmanın dərhal südünüzlə körpənizə də keçə biləcəyini unutmayın. Reseptli və ya reseptsiz bir dərmanın körpənizə keçib keçməyəcəyini həkiminiz və ya əczacınızdan başqası bilə bilməz, onlarla məsləhətləşin!

Bunları edin

Kalsiumla zəngin bir bəslənmə planı tərtib edin:  süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər.

Maqnezium, dəmir və sinki unutmayın: fındıq, tam buğda unu, yaşıl yarpaqlı tərəvəzlər, ət, balıq.

B-12 və D Vitamini qəbulunu artırın: balıq, yumurta, ev quşları, ət.

Gündə 10-12 stəkan su için.

Vitamin və omeqa-3 kapsulu və ya siropu dəstəyindən istifadə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma