Uşaqlarda kəllə daxili təzyiq nədir?

Hal-hazırda yenidoğulmuş uşaqlara uşaq nevropatoloqları tərəfindən ən tez-tez qoyulan diaqnozlardan biri – kəllədaxili  təzyiqdir.

Bəs kəllədaxili təzyiq  necə xəstəlikdir?

Kəllədaxili təzyiqi arterial təzyiqlə müqayisə etmək olar. KDT hər bir insanda vardır və müxtəlif təbii səbəblər üzündən qısa müddətə normadan yuxarı qalxa bilər. Uşaq döş əmərkən, çox ağlayarkən və qışqırarkən, çox öskürərkən və s. hallarda KDT qalxa bilər. Təbii ki, KDT-nin belə qısamüddətli qalxması normal hal hesab edilir və heç bir müalicə tələb etmir.

KDT – baş beyinin mədəciklərində və onurga beyinin kanalında, həmçinin beyinlə kəllə sümükləri və onurğa beyni ilə onurğa sütunu arasında olan “likvor” adlanan mayenin etdiyi təzyiqdir.

KDT-in patoloji şəkildə qalxması müxtəlif səbəblər nəticəsində baş verə bilər. Məs: südəmər dövrdə KDT-in yüksəlməsi baş beyinin inkişaf qüsurları və şişləri olan zaman, baş beyinin (ensefalit) və onun qişalarının (meningit) keçirilmiş iltihab xəstəliklərindən sonra, ciddi kəllə-beyin travmaları və s. səbəblərdən baş verə bilər. Beləliklə, KDT  valideynlərin düşündüyü kimi, müstəqil xəstəlik deyil, nadir hallarda rast gəlinən müxtəlif  ağır xəstəliklərin simptomlarından biridir.

KDT əlamətləri südəmərlərdə və bir qədər böyük uşaqlarda tam fərqli şəkildə ola bilər.

Südəmər körpələrdə KDT-in əlamətləri: adətən, başın ölçüsü sürətlə böyüyür, uşağın  baxışı  iri  olur, böyük əmgək qabarmış  olur, kəllə tikişləri aralanır, qusma müşahidə edilir  qusduqdan  sonra  uşaq  nisbətən  sakitləşir və s.

Yeri gəlmişkən qeyd edək ki, körpələrdə çəpgözlük KDT-nin mütləq göstəricisi deyil. Çünki 90% hallarda südəmər uşaqlarda 6 aylığına qədər çəpgözlük fizioloji hal kimi qiymətləndirilir.

Bir qədər böyük uşaqlarda KDT üçün qusma, davamlı baş ağrıları, əqli inkişafın ləngiməsi, hərəkət vərdişlərinin pozğunluqları, qıcolmalara meyllik və s. bu kimi simptomlar xarakterik ola bilər.

Qeyd etmək lazımdır ki, təkçə sadalanan simptomlar əsasında KDT-in artması diaqnozunun qoyulması düzgün  deyil. Çünki bu simptomların hər biri ayrı-ayrılıqda praktiki sağlam uşaqlarda da rast gəlinə bilər.

Südəmər uşaqlarda KDT diaqnozu bağlanmamış böyük əmgəkdən aparılan kəllənin USM  nəticəsində qoyula bilər. USM-də likvorun artması nəticəsində baş beyinin mədəciklərinin genişlənməsi aydın nəzərə çarpır.

Bir qədər böyük uşaqlarda KDT diaqnostikası üçün kompüter tomoqrafiyasından və ya maqnit-rezonans tomoqrafiyasından  istifadə edilir.

Beləliklə. KDT  çox  nadir   hallarda  müşahidə  olunur  və çox  ağır  və  nadir  rast  gəlinən  xəstəliklərin   əlaməti  olaraq  təzahür  edir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma