Displaziya haqqinda

42_1Displaziya,budun anadangəlmə yarim  çıxıgı ve tam cıxıgı.Bəzən uşağın doğulması vaxtına gədər onun bud-çanaq oynağı tam inkişaf etmir. Bu zaman uşaqda bud-çanaq oynağının displaziyası, anadangəlmə yarımçıxığı və tam çıxığı baş verə bilər.
Bu 3 hal oynağın nə dərəcədə inkişaf etməməsi ilə bir-birindən fərqlənir. Bunlardan ən təhlükəlisi – anadangəlmə bud çıxığıdır. Vaxtında aşkar edilib müalicə olunmadığı hallarda bu çıxıq tam əlilliyə səbəb ola bilər.
Bud-çanaq oynağı patologiyaları ortoped tərəfindən bir sıra əlamətlərə görə təsdiqlənir: uşaqda sagrı büküşlərinin qeyri-simmetrik olması, budların yanlara doğru kifayət qədər açılmaması (normada körpənin dizdən bükülmüş ayaqları yan tərəflərə 80-90 dərəcəyə qədər aralanmalıdır), ayaqlardan birinin o birindən qısa olması, pəncənin bayıra tərəf meyillənməsi və s.
Qeyd edək ki, bəzi hallarda uşaqlarda bud cıxığı, demək olar ki, heç bir xarici əlamətlə özünü büruzə verməyə də bilər! Buna görə də bir çox valideynlər büküşlərin simmetrik olduğunu və digər əlamətlərin isə olmadığını görüb, uşağı ortopedə göstərməyə tələsmirlər. Buna qətiyyən yol vermək olmaz! Həyatının 1 ayında hər bir uşaq həkim-ortopedin müayinəsindən keçirilməlidir, təcrübəli həkim patologiyanın olmasını hətta kiçik bir əlamətin əsasında təyin edə bilər. Əgər müayinə zamanı uşaqda hər hansı bir patoloji halın olmasına şübhə yaranarsa, diaqnozun təstiqlənməsi üçün uşaq rentgen və USM-dən keçməli olur.
Qeyd edilən bu patologiyalar üzrə ən güzgün nəticəni 3 ay tamamında aparılar rentgen müayinəsi verir. Valideynlər uşağın “şüalanmasından” qorxmamalıdırlar, çünki onun dozası minimal olur və körpəyə heç bir ziyan vermir.
Daha bir kifayət qədər dəqiq müayinə metodu – bud-çanaq oynağının USM-dir (həkimin ciddi şübhələri olduğu halda, bu üsulu hətta dərhal doğuşdan sonra da tətbiq etmək olar).
Bud-çanaq oynağının patologiyası diaqnozu təsdiq olunduğu halda, uşağı uzunmüddətli müalicə gözləyir. Müalicənin bir kursu 3-4 ay davam edir, effekti isə rentgenoloji müayinə vasitəsilə qiymətləndirilir. Displaziya və yarımçıxığın düzəlməsinə 1-2 kurs müalicə kifayət edir. Tam çıxığın müalicəsi isə daha çox vaxt tələb edir.
Müalicə məqsədilə əsasən Freyk yastığından istifadə olunur. Yastıq uşağın ayaqlarının aralanmış vəziyyətdə olmasını təmin edərək, çıxmış oynağı tədricən öz “qanuni” anatomik yerinə – çanaq yuvasına düşməsinə kömək edir. Yastıqdan gün ərzində daimi olaraq istifadə olunmalıdır. Yalnız uşaq bezləri dəyişdirilən zaman və ya uşaq çimizdirilərkən və s. bu kimi məcburi hallarda yastıq çıxarıla bilər. Bu çox vacibdir! Uşaq gecələr də bu yastıqla yatmalıdır. İlk dəfə yastıq isti vanna qəbulundan sonra bir neçə saatlığa qoyulur, sonralar isə vaxt tez zamanda uzadılaraq daimi istifadəyə keçirilir.
Bud-çanaq oynağının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı zamanı fizioterapiya müalicəsi də (kalsium və fosforla elektroforez və s.) yaxşı effekt verir. Displaziya və yarımçıxıq zamanı masaj və müalicəvi idman da çox vacibdir. Bud-çanaq oynagının adangəlmə tam çıxığı zamanı isə istənilən fiziki hərəkət yalnız oynaq başı öz anatomik yerinə düşdükdən və fiksasiya olunduqdan 2 ay sonra mümkündür.
Əksər hallarda bud-çanaq oynagının displaziyası, budun anadangəlmə yarımçıxığı və tam çıxığı tam şəkildə müalicə olunur. Lakin diaqnoz gec qoyulduqda, müalicə düzgün və mütəmadi aparılmadıqda, 2-3 yaşından sonra uşağı əlillikdən qurtarmağın yeganə üsulu olan mürəkkəb və travmatik cərrahi əməliyyatdan istifadə olunur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma